Ellərə Bahar Gəlib lyrics

by

Şövkət Ələkbərova



[Bənd 1]
Çöllərə güllər yağıbdır, çöllərə güllər
Güllərə quşlar baxıbdır, quşlara güllər
Çöllərə güllər yaraşır, güllərə çöllər
Əllərə güllər yaraşır, güllərə əllər

[Keçid]
Bahardır, çaylar daşır
Nəğmələr qoşur
Bahardır, çaylar daşır
Nəğmələr qoşur

Yarpaqlar pıçıldaşır
Nəğmələr qoşur
Nəğmələr qoşur
Nəğmələr qoşur

[Nəqərat]
Ellərə bahar gəlibdir
Laləli bahar
Çöllərə günəş gülübdür
Bəzənib çöllər

[Bənd 2]
Çöllərə qızlar çıxıbdır, nəğməli qızlar
Qızlara gözlər baxıbdır, sevimli gözlər
Bahara biz yaraşırıq, bahar bizlərə
Həmişə bahar yaraşır, gülər üzlərə
[Keçid]
Bahardır, çaylar daşır
Nəğmələr qoşur
Bahardır, çaylar daşır
Nəğmələr qoşur

Yarpaqlar pıçıldaşır
Nəğmələr qoşur
Nəğmələr qoşur
Nəğmələr qoşur

[Nəqərat]
Ellərə bahar gəlibdir
Laləli bahar
Çöllərə günəş gülübdür
Bəzənib çöllər

Ellərə bahar gəlibdir
Laləli bahar
Çöllərə günəş gülübdür
Bəzənib çöllər
Bəzənib çöllər
Bəzənib çöllər…
A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z #
Copyright © 2012 - 2021 BeeLyrics.Net