Bakı Mənim lyrics

by

Şövkət Ələkbərova



[Bənd 1]
Xəzərinin sinəsi gah zil, gah da bəm olur
Yarpaqların, güllərin niyə hərdən nəm olur?
Səndən ayrı düşəndə könlüm dolu qəm olur
Səndən ayrı düşəndə könlüm dolu qəm olur

[Nəqərat]
Qucağında Xəzərin yatıb, dincələn Bakı
Qarı, çiskin yağışı, əyri-köndələn Bakı...
Qucağında Xəzərin yatıb, dincələn Bakı
Qarı, çiskin yağışı, əyri-köndələn Bakı

[Bənd 2]
Hələ neçə küçədə güllər dəstələnməyib
Hələ neçə nəğmənin xalı bəstələnməyib
Yüz il ömür sürəydim, bir gün xəstələnməyib
Yüz il ömür sürəydim, bir gün xəstələnməyib

[Nəqərat]
Yazaydım, yaradaydım şah nəğməmi mən, Bakı
Oxuyaydım hər yanda onu ürəkdən, Bakı
Yazaydım, yaradaydım şah nəğməmi mən, Bakı
Oxuyaydım hər yanda onu ürəkdən, Bakı
Onu ürəkdən, Bakı...
A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z #
Copyright © 2012 - 2021 BeeLyrics.Net