Toxunma Qız Ürəyinə lyrics

by

Şövkət Ələkbərova


[Bənd 1]
Toxunma qız ürəyinə
Tez kövrəlib sına bilər
Bəzən soyuq bir baxışdan
Qız ürəyi dona bilər

Qız ürəyi quş yuvası
Əl vursan, quşlar hürküşər
Pozular göydə sırası
Durnalar da ayrı düşər

[Nəqərat]
Sındırma qız ürəyini
Ana qəlbinə qar yağar
Duysan arzu-diləyimi
Ana qəlbinə gün doğar

Sındırma qız ürəyini
Ana qəlbinə qar yağar
Duysan arzu-diləyimi
Ana qəlbinə gün doğar

[Bənd 2]
Toxunma qız ürəyinə
Eşidər qızlar, inciyər
Yerdə bulaqlar inciyər
Göydə ulduzlar inciyər
Küsdürmə qız ürəyini
Küsər səndən öz ürəyin
Günahından, taqsırından
Heç zaman keçməz ürəyin

[Nəqərat]
Sındırma qız ürəyini
Ana qəlbinə qar yağar
Duysan arzu-diləyimi
Ana qəlbinə gün doğar

Sındırma qız ürəyini
Ana qəlbinə qar yağar
Duysan arzu-diləyimi
Ana qəlbinə gün doğar

Sındırma qız ürəyini
Ana qəlbinə qar yağar
Duysan arzu-diləyimi
Ana qəlbinə gün doğar
A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z #
Copyright © 2012 - 2021 BeeLyrics.Net