Sevdiyim Qız lyrics

by

Şövkət Ələkbərova


[Bənd 1]
Hələ quşlar uçmamışdı budaqdan
Günəş girdi otağıma, səpdi nur
Gülə-gülə dedi mənə, yatma, dur
Sevdiyin qız oyanmışdır bayaqdan
Gülə-gülə dedi mənə, yatma, dur
Sevdiyin qız oyanmışdır bayaqdan

[Bənd 2]
Yol uzunu sərin yeli səhərin
Toxundurdu nəfəsini üzümə
Sevdiyim qız görünmədi gözümə
Geniş, qaynar qucağında şəhərin
Sevdiyim qız görünmədi gözümə
Geniş, qaynar qucağında şəhərin

[Bənd 3]
Mən zavodun həyətinə gələndə
Elə bildim, səhər təzə açıldı
Üstümüzə al şəfəqlər saçıldı
Sevdiyim qız mənə baxıb güləndə
Üstümüzə al şəfəqlər saçıldı
Sevdiyim qız mənə baxıb güləndə
Güləndə, güləndə
A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z #
Copyright © 2012 - 2021 BeeLyrics.Net