Kəklik lyrics

by

Şövkət Ələkbərova


[Bənd 1]
Nə süzürsən narın-narın
Yenə daşdan-daşa, kəklik?
Nə süzürsən narın-narın?
Yenə daşdan-daşa, kəklik?

Könlüm istər nəğmə kimi, hey
Bircə nəğmə qoşa, kəklik
Qoşa kəklik, qoşa kəklik

[Nəqərat]
Niyə tək sən danışarsan?
Niyə tək sən danışarsan?
Dağlar qızı, xallı gözəl
Bir vəfalı yar ilə gəl
Vuraq ömrü başa, kəklik
Qəşəng kəklik, gözəl kəklik

[Bənd 2]
Sinən altı sal qırmızı
Ayaqların al qırmızı
Sinən altı sal qırmızı
Ayaqların al qırmızı

Dimdiyində xal qırmızı, hey
Yanır qoşa-qoşa, kəklik
Qoşa kəklik, qoşa kəklik
[Nəqərat]
Niyə tək sən danışarsan?
Niyə tək sən danışarsan?
Dağlar qızı, xallı gözəl
Bir vəfalı yar ilə gəl
Vuraq ömrü başa, kəklik
Qoşa kəklik, qəşəng kəklik

[Bənd 3]
Dağlar qoynu çiçək-çiçək
Mən gedirəm, getmir ürək
Dağlar qoynu çiçək-çiçək
Mən gedirəm, getmir ürək

Uç şairin xəyalıtək, ey
Bu dağlarda yaşa, kəklik
Yaşa, kəklik, qoşa kəklik

[Nəqərat]
Niyə tək sən danışarsan?
Niyə tək sən danışarsan?
Dağlar qızı, xallı gözəl
Bir vəfalı yar ilə gəl
Vuraq ömrü başa, kəklik
Qoşa kəklik, qəşəng kəklik
A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z #
Copyright © 2012 - 2021 BeeLyrics.Net