Bakı Gecələri lyrics

by

Şövkət Ələkbərova


[Bənd 1]
Aylı gecə, doğma şəhər
Ətrafına sal bir nəzər
Yollarını nurla bəzər
Bizim Bakı gecələri
Yollarını nurla bəzər
Bizim Bakı gecələri

Əsər külək sərin-sərin
Əsər külək sərin-sərin
Qucağından göy Xəzərin
Gözəlidir gecələrin
Bizim Bakı gecələri
Gözəlidir gecələrin
Bizim Bakı gecələri

[Nəqərat]
Bəzən sakit həyatlıdır
Bəzən toylu-büsatlıdır
Bəzən sakit həyatlıdır
Bəzən toylu-büsatlıdır

Göy göyərçin qanadlıdır
Bizim Bakı gecələri
Bizim Bakı gecələri
Bizim Bakı gecələri
Gecələri, gecələri…
[Bənd 2]
Xoş ətirli yaza bənzər
Yüz nəğməli saza bənzər
Qara gözlü qıza bənzər
Bizim Bakı gecələri
Qara gözlü qıza bənzər
Bizim Bakı gecələri

Söhbətini şirin-şirin
Söhbətini şirin-şirin
Dinlər qoşa gəzənlərin
Sirdaşıdır gözəllərin
Bizim Bakı gecələri
Sirdaşıdır gözəllərin
Bizim Bakı gecələri

[Nəqərat]
Bəzən sakit həyatlıdır
Bəzən toylu-büsatlıdır
Bəzən sakit həyatlıdır
Bəzən toylu-büsatlıdır

Göy göyərçin qanadlıdır
Bizim Bakı gecələri
Bizim Bakı gecələri
Bizim Bakı gecələri
Gecələri, gecələri…
A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z #
Copyright © 2012 - 2021 BeeLyrics.Net