Anam Yadıma Düşdü lyrics

by

Şövkət Ələkbərova


[Bənd 1]
İlıq küləklər əsdi
Yaz gəlməyə tələsdi
İlıq küləklər əsdi
Yaz gəlməyə tələsdi

Mənim ürəyim əsdi
Anam yadıma düşdü
Mənim ürəyim əsdi
Anam yadıma düşdü

[Nəqərat]
Bənövşə dəstə-dəstə
Qızılgül yarpaq üstə
Bənövşə dəstə-dəstə
Qızılgül yarpaq üstə

Sular axır ahəstə
Anam yadıma düşdü
Sular axır ahəstə
Anam yadıma düşdü

[Bənd 2]
Çeşmə gördüm, dayandım
Alışdım, oda yandım
Çeşmə gördüm, dayandım
Alışdım, oda yandım
Xəyallardan oyandım
Anam yadıma düşdü
Xəyallardan oyandım
Anam yadıma düşdü

[Nəqərat]
Bənövşə dəstə-dəstə
Qızılgül yarpaq üstə
Bənövşə dəstə-dəstə
Qızılgül yarpaq üstə

Sular axır ahəstə
Anam yadıma düşdü
Sular axır ahəstə
Anam yadıma düşdü
Anam yadıma düşdü...
A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z #
Copyright © 2012 - 2021 BeeLyrics.Net