Yaşa, Könül lyrics

by

Şövkət Ələkbərova


[Bənd 1]
Ah, bu uzun sevda yolu
Vurulurmu başa, könül?
Ah, bu uzun sevda yolu
Vurulurmu başa, könül?

Nişan aldım, kaman atdım
Dəydi oxum daşa, könül
Nişan aldım, kaman atdım
Dəydi oxum daşa, könül

[Bənd 2]
Bir od düşdü buluduna
Yandı könlüm eşq oduna
Bir od düşdü buluduna
Yandı könlüm eşq oduna

Qaldım hicran umuduna
Ey qırılan şişə könül
Qaldım hicran umuduna
Ey qırılan şişə könül

[Bənd 3]
Tərlansan, göydən enməzsən
Torpaqlarda sürünməzsən
Tərlansan, göydən enməzsən
Torpaqlarda sürünməzsən
Mən dönərəm, sən dönməzsən
Yaşa, könül, yaşa, könül
Mən dönərəm, sən dönməzsən
Yaşa, könül, yaşa, könül
Yaşa, könül, yaşa, könül...
A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z #
Copyright © 2012 - 2021 BeeLyrics.Net