Neyçin Gəlmədin lyrics

by

Şövkət Ələkbərova


[Bənd 1]
Gözlədim yolunu həsrət içində
Tükəndi taqətim, neçin gəlmədin?
Şəhdi-vüsalından üzüldü əlim
Ey dilbər afətim, neçin gəlmədin?
Ey dilbər afətim, neçin gəlmədin?

[Nəqərat]
Əlimdəki qələm bir sədəfli saz
Nə qədər səninçün coşar, yorulmaz
Əlimdəki qələm bir sədəfli saz
Nə qədər səninçün coşar, yorulmaz
Aramızda olan zəncir qırılmaz
Ey sözüm-söhbətim, neçin gəlmədin?

[Bənd 2]
Gözlədim yolunu, hava qarardı
Bu qaranlıq hava ruhumu sardı
Səndən qəmgin könül sevinc umardı
Sən ey səadətim, neçin gəlmədin?
Sən ey səadətim, neçin gəlmədin?

[Nəqərat]
Əlimdəki qələm bir sədəfli saz
Nə qədər səninçün coşar, yorulmaz
Əlimdəki qələm bir sədəfli saz
Nə qədər səninçün coşar, yorulmaz
Aramızda olan zəncir qırılmaz
Ey sözüm-söhbətim, neçin gəlmədin?
Ey sözüm-söhbətim, neçin gəlmədin?
A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z #
Copyright © 2012 - 2021 BeeLyrics.Net