Şirin Qızım lyrics

by

Şövkət Ələkbərova


[Bənd 1]
Yat, mənim şirin qızım
Yat, mənim dan ulduzum
Yuxun qaçıb gözündən
Qaçıb, hara qonub o?
Bəlkə göydə göz qırpan
Ulduzlara dönüb o?

[Bənd 2]
Laylay deyim sübhəcən
Beşiyində mürgülə
Həyat versin nəfəsim
Sənin kimi bir gülə

Sən yatmayıb, ağlasan
Dəniz də çağlar, qızım
Külək döyüb qapını
Səni çağırar, qızım

[Çıxış]
Yat, mənim şirin qızım
A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z #
Copyright © 2012 - 2021 BeeLyrics.Net