Bahar Sənsiz lyrics

by

Şövkət Ələkbərova


[Bənd 1]
Səni qəlbimdə gəzdirib hər an
Eşqimiz görməsin, dedim, hicran
Ala gözlü, mənimkisən, bildin?
Sənin eşqinlə, ay aman, ağladım-güldüm
Ağladım-güldüm

[Nəqərat]
Gülə bilməz, gülüm, bahar sənsiz
Ürəyim od tutub yanar sənsiz
Gülə bilməz, gülüm, bahar sənsiz
Ürəyim od tutub yanar, yarım, sənsiz
Gülüm, sənsiz

[Bənd 2]
Dönmərəm heç sözümdən, ey canan
Getmə bir an gözümdən, ey canan
Səndən ilham alır mənim könlüm
Məni səndən ayırmaz, inan ki, ölüm
İnan ki, ölüm

[Nəqərat]
Gülə bilməz, gülüm, bahar sənsiz
Ürəyim od tutub yanar sənsiz
Gülə bilməz, gülüm, bahar sənsiz
Ürəyim od tutub yanar, yarım, sənsiz
Ürəyim od tutub yanar, gülüm, sənsiz
Canan, sənsiz
A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z #
Copyright © 2012 - 2021 BeeLyrics.Net