Sevgilim Sənsən lyrics

by

Nəsimi Məmmədov


[Bənd 1]
Çox gözəl gördüm mən öz həyatımda
Onları sevmədən vaxtı ötürdüm
Artıq o günlər də qalıb arxada
İndi məhəbbətin qapısın döydüm

[Keçid]
O gündən başqa cür vurur ürəyim
Yalnız səni gəzir mənim gözlərim

[Nəqərat]
Sevgilim, sənsən
Qəlbimi ağladan təkcə sənsən
Sənsən məni güldürən, ancaq sənsən
Sənsən məni yaşadan, bircə sənsən
Səndən başqa yox sevgilim... - Sənsən

[Bənd 2]
Yuxusuz qaldığım o gecələrdə
Özüm də bilmədən xəyala daldım
Röyalar üçün gedərkən yuxuya
Röyada ən şirin sevgimi tapdım

[Keçid]
O gündən başqa cür vurur ürəyim
Yalnız səni gəzir mənim gözlərim
[Nəqərat]
Sevgilim, sənsən
Qəlbimi ağladan təkcə sənsən
Sənsən məni güldürən, ancaq sənsən
Sənsən məni yaşadan, bircə sənsən
Səndən başqa yox sevgilim... - Sənsən

[Keçid]
O gündən başqa cür vurur ürəyim
Yalnız səni gəzir mənim gözlərim, sevgilim

[Nəqərat]
Sevgilim, sənsən
Qəlbimi ağladan təkcə sənsən
Sənsən məni güldürən, ancaq sənsən
Sənsən məni yaşadan, bircə sənsən
Səndən başqa yox sevgilim... - Sənsən
A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z #
Copyright © 2012 - 2021 BeeLyrics.Net