Nədir lyrics
by Nəzakət Teymurova
[Bənd 1]
Saqi, yenə başda bu sevda nədir?
Şur düşüb aləmə, qovğa nədir?
Yoxdur dəva aşiqi-biçarəyə
Olsa da gər, bir neçə peymanədir
Məstü xərab eylə ginən, bilməyim
Badə nədir, saqiyü səhba nədir?
Yoxdur xərabata yolum, ta gedim
Məscidə qoymaz, dəxi viranədir
[Nəqərat]
Yar yenə cilvə edib aləmə
Cümleyi-əşyadə hüveyda nədir?
(Yar yenə cilvə edib aləmə)
(Cümleyi-əşyadə hüveyda nədir?)
[Bənd 2]
Ənfəsü afaqa təcəllası var
Turda Musaya təcəlla nədir?
Ənfəsü afaqa təcəllası var
Turda Musaya təcəlla nədir?
[Keçid]
Saqi, yenə başda bu sevda nədir?
Şur düşüb aləmə, qovğa nədir?
Yoxdur dəva aşiqi-biçarəyə
E-e-e-e-e-e, ey...
Yoxdur dəva aşiqi-biçarəyə
Olsa da gər, bir neçə peymanədir
[Nəqərat]
Yar yenə cilvə edib aləmə
Cümleyi-əşyadə hüveyda nədir?
(Yar yenə cilvə edib aləmə)
(Cümleyi-əşyadə hüveyda nədir?)
[Çıxış]
Cilvəsi gər olmazsa Nəvabidə
Tuti kimi təbi şəkərxa nədir?
Cilvəsi gər olmazsa Nəvabidə
Tuti kimi təbi şəkərxa nədir?