Sən Mənim Ol lyrics
by Nəzakət Teymurova
[Giriş]
Nə ağlarsan, nə sızlarsan
Bir dərdi beş olan könlüm?!
Axırda zünnar bağlarsan
Qəmə yoldaş olan könlüm
Abbas ağlar arsız-arsız
Dünya olub etibarsız
Deyirdin, dözərəm yarsız
Döz, döz, bağrı daş olan könlüm
[Bənd 1]
Sən mənim ol, mən də sənin, ey gözəl afət
Çin olar diləyim, sevinər ürəyim
Yaranar xoş ülfət
Sən mənim ol, mən də sənin, ey gözəl afət
Çin olar diləyim, sevinər ürəyim
Yaranar xoş ülfət
Könlümü oda salan gündən
Səni düşünürəm mən
İnciyib mənə baxma gendən
Ürəyim dönməz səndən
Könlümü oda salan gündən
Səni düşünürəm mən
İnciyib mənə baxma gendən
Ürəyim dönməz səndən
[Bənd 2]
Səni, məni yaradan o İlahiyə and olsun
Gülsə ürək, arzu-dilək, xoş gələcəklə
Sənlə bir olaram, gəl, könlünü alaram
Sevinər, şad olar bu cahan
Mənimlə sevgi oduna yan
Sevinər, şad olar bu cahan
Mənimlə sevgi oduna yan