Küsüb Getdi lyrics

by

Nəzakət Teymurova

[Bənd 1]
Göy üzündə Ay dolanır, yerdə gülür gül-çiçək
Görən, haçan bir də yarım qapımızdan keçəcək?

Küsüb getdi yarım mənim, yollar batdı dumana
Axı niyə öz eşqimi düz demədim mən yara?

[Bənd 2]
Baxacaqmı, görən, gəlib pəncərəmə bir də yar?
Ürəyimi saldı mənim bir sağalmaz dərdə yar

Bəlkə indi qəm içində baxır o da yollara
Axı niyə öz eşqimi düz demədim mən yara?
Axı niyə öz eşqimi düz demədim mən yara?
A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z #
Copyright © 2012 - 2021 BeeLyrics.Net