Yarımı Buldum lyrics
by Nəzakət Teymurova
[Nəqərat]
Əlminnətulillah ki, bu gün yarımı buldum
Könlümdə, yəqin, dilbəri dildarımı buldum

[Bənd 1]
Torpaq ikən ol Zöhrə mənə Müştəri oldu
Dəllalə çağırgil de ki, bazarımı buldum
Qəmdən yanıram, qəm nə qədər çox olur isə
Şadlıq ilə mən, çün qəmi, qəmxarımı buldum
[Nəqərat]
Əlminnətulillah ki, bu gün yarımı buldum
Könlümdə, yəqin, dilbəri dildarımı buldum
Əlminnətulillah ki, bu gün yarımı buldum
Könlümdə, yəqin, dilbəri dildarımı buldum
[Bənd 2]
Firdovsə məni dəvət edən zahidə söylə
Ol tikənə göz dikmə ki, gülzarımı buldum
Yusif yeridir kim, mənə qul yazıla, çünkim
Misrində ləbi-ləli-şəkərbarımı buldum
[Nəqərat]
Əlminnətulillah ki, bu gün yarımı buldum
Könlümdə, yəqin, dilbəri dildarımı buldum
Əlminnətulillah ki, bu gün yarımı buldum
Könlümdə, yəqin, dilbəri dildarımı buldum
[Bənd 3]
Mənsur kimi məndən əgər gəldi ənəlhəq
Ey xacə, itab eyləmə uş darımı buldum
Verdi saçının küfrinə imanı Nəsimi
Ey xirqə geyən, mən dəxi zünnarımı buldum