Xalq Mahnısı “Aşiqəm” lyrics

by

Nəzakət Teymurova


[Bənd 1]
Bir sərvi boylu, dodağı qönçə
Bir sərvi boylu, dodağı qönçə
Maral baxışlı yara aşiqəm
Maral baxışlı yara aşiqəm

Olaram gündə yüz yol qurbanı
Olaram gündə yüz yol qurbanı
Belə bir gülüzara aşiqəm
Belə bir gülüzara aşiqəm

[Bənd 2]
Gecə sübhədək eylərəm nalə
Gecə sübhədək eylərəm nalə
Düşməz heç könlüm özgə xəyalə
Düşməz heç könlüm özgə xəyalə

Gərdəni mina, ağzı piyalə
Gərdəni minam, ağzı piyaləm
Ləhcəsi şirin yara aşiqəm
Ləhcəsi şirin yara aşiqəm

[Keçid]
Ey yıxan könlüm evin, qıl həzər əfğanımdan!
Evin abad olsun, əl çək dili-divanımdan
Məni Məcnun ilə
Məni Məcnun ilə Fərhada bərabər tutma
Mən onlardan da hünərlə keçərəm canımdan
Bircə gəl, gör nə cəfalar çəkirəm zülfündən
Xəbərin yoxdur sənin hali-pərişanımdan, ay balam
Tən edir el mənə: “Yarın nə vəfasız çıxdı?”
Ey vəfasız, demirəm mən bunu öz yanımdan
Vahidəm, əsrimizin indiki Fərhadı mənəm
Kim məni ayrı salar?
Kim məni ayrı salar Xosrovi-xubanımdan?

[Bənd 3]
Güləndə ləbindən balı axan
Güləndə ləbindən balı axan
Bəzənib sərxoş tovuztək çıxan
Bəzənib sərxoş tovuztək çıxan

Niqab altından pünhani baxan
Niqab altından pünhani baxan
Əcəb xoş rəftara aşiqəm
Əcəb xoş rəftara aşiqəm
Əcəb xoş rəftara aşiqəm
Əcəb xoş rəftara aşiqəm
A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z #
Copyright © 2012 - 2021 BeeLyrics.Net