Çahargah Təsnifi lyrics
by Nəzakət Teymurova
[Bənd 1]
Yoxdur cahanda, yar, səntək afət
Qara gözlərinin hər baxışı bir qiyamət
Yoxdur cahanda, yar, səntək afət
Qara gözlərinin hər baxışı bir qiyamət
Çiçəkli bağça-bağların
Ahu-ceyranısan sən
Çiçəkli bağça-bağların
Ahu-ceyranısan sən
Könlümün asimanının
Tülək tərlanısan sən
Könlümün asimanının
Tülək tərlanısan sən
[Nəqərat]
Aşiqin özünün
Həm sözünün canısan sən
Aşiqin özünün
Həm sözünün canısan sən
[Bənd 2]
Aşiq olanı o mahi-cəmalə
Məni məcnun edib saldın axır
Gör nə halə
Aşiq olanı o mahi-cəmalə
Məni məcnun edib saldın axır
Gör nə halə
Çiçəkli bağça-bağların
Ahu-ceyranısan sən
Çiçəkli bağça-bağların
Ahu-ceyranısan sən
Könlümün asimanının
Tülək tərlanısan sən
Könlümün asimanının
Tülək tərlanısan sən
[Nəqərat]
Aşiqin özünün
Həm sözünün canısan sən
Aşiqin özünün
Həm sözünün canısan sən
[Keçid]
Narazıyam, ey gül, mənə imdad eləsən də
Naşad eləyən könlümü dilşad eləsən də
Öz səhvinə
Öz səhvinə bir vaxt peşman olacaqsan
Olmaz yetişən dadına, min dad eləsən də
Sındırmısan, əl vurma sınıq könlümə zalım, zalım
Viranə, viranə düzəlməz, necə abad eləsən də
Öz yarına bax, başqa gözəllər məni sevməz
Bülbül kimi yüz naləvü-fəryad eləsən də
Əğyara uyub Vahidə yadlar kimi baxma, baxma
Yaddan o çıxarmaz, sən onu yad eləsən də
[Nəqərat]
Aşiqin özünün
Həm sözünün canısan sən
Aşiqin özünün
Həm sözünün canısan sən
Aşiqin özünün
Həm sözünün canısan sən
Aşiqin özünün
Həm sözünün canısan sən