Ana lyrics
by Ədalət Şükürov
[Bənd 1]
Durnalar, xəbər aparın bu qərib yerdən
Elə hey yoldadır gözlərin, ana
Səni yada salıb gülürəm hərdən
Dünya sənsiz heç nədir, heç nədir, ana
[Keçid]
Gözləyirsən, bu gün gələr
Gələr oğlum, sabah gələr
[Nəqərat]
Darıxmışam, ana, darıxmışam
Darıxmışam, ana, darıxmışam
Darıxmışam, ana...
[Bənd 2]
Həyat qəribədir, baş açmaq olmaz
Neçə adam tapılıb, neçəsi itkin
İnamsız yaşamaq, dünyada olmaq
Bir dostum tapıldı, ikisi itkin
[Keçid]
Ürəyin necə hiss edir?
Oğlum darıxıbdır, deyir
[Nəqərat]
Darıxmışam, ana, darıxmışam
Darıxmışam, ana, darıxmışam
Darıxmışam, ana...
[Bənd 3]
Əllərini görüb ağladım, ana
Əllərin qırış-qırış, hər qırış bir il
Əllərini öpməkdən doymadın, ana
Hər bir duyğun sənin biri dörd fəsil
[Keçid]
Ürəyin necə hiss edir?
Oğlum qayıdacaq, deyir
[Nəqərat]
Qayıtmışam, ana, qayıtmışam
Qayıtmışam, ana, qayıtmışam
Qayıtmışam, ana
Qayıtmışam, ana
Qayıtmışam, ana, qayıtmışam
Darıxmışam, ana
Darıxmışam, ana
Darıxmışam, ana, darıxmışam
Qayıtmışam, ana...
[Çıxış]
Ana...