Neyləyim lyrics
by Ədalət Şükürov
[Bənd 1]
Sevginin izi qalmasa
Neyləyim, neyləyim?
Qəlbimi ürəyindən alsan
Neyləyim, neyləyim?
Deməyə sözüm qalmasa
Nə deyim, nə deyim?
Bu dilim birdən tutulsa
Nə deyim, nə deyim?
[Nəqərat]
Amanın günüdür, ay gözəl
Zəmanə səni aldadıb birdən oda atar
Amanın günüdür, ay gözəl
Aldansan, sənin ürəyinə kimsə xal salar
[Bənd 2]
Gecələr ürəyim darıxır
Neyləyim, neyləyim?
Gözlərim səni axtarır
Neyləyim, neyləyim?
Var-dövlət səni çaşdırsa
İnanma, inanma
Eşqini kimsə alsa
İnanma, inanma
[Nəqərat]
Amanın günüdür, ay gözəl
Zəmanə səni aldadıb birdən oda atar
Amanın günüdür, ay gözəl
Aldansan, sənin (kimsə, kimsə, kimsə...)
[Bənd 3]
Bu ürək səni unutsa
Neyləyim, neyləyim?
Sən mənim qismətim olmasan
Neyləyim, neyləyim?
Buludlar səni soruşsa
Nə deyim, nə deyim?
Küləklər səni axtarsa
Nə deyim, nə deyim?
[Nəqərat]
Amanın günüdür, ay gözəl
Zəmanə səni aldadıb birdən oda atar
Amanın günüdür, ay gözəl
Aldansan, sənin (kimsə, kimsə, kimsə...)
[Çıxış]
Sevginin izi qalmasa
Neyləyim, neyləyim?
Neyləyim?
Neyləyim?