Gəlmədi O (2024) lyrics
by Ədalət Şükürov
[Bənd 1]
O gedəndən bəri baxıram yollara
Kaş o yollar onu yenidən qaytara
O düşünməz ki heç, yarı onsuz ölə
Mən isə gözlədim, ümid etdim, gələ
[Nəqərat]
Gəlmədi o, gəlmədi o
Mənim nələr çəkdiyimi bilmədi o
Gəlmədi o, gəlmədi o
Mənim nələr çəkdiyimi bilmədi o
[Bənd 2]
Mən onun, illərdir ki, həsrətindəyəm
Anlamır, onsuz nə qədər çətindəyəm
Hadisələr tez dəyişərkən yerini
Mən yenə əvvəlki görüş yerindəyəm
[Nəqərat]
Gəlmədi, gəlmədi o
Mənim nələr çəkdiyimi bilmədi o
Gəlmədi o, gəlmədi o
Mənim nələr çəkdiyimi bilmədi o
[Bənd 3]
Yenə mən qatmışam gecəmi gündüzə
Gəzirəm hər yeri, o görünmür gözə
Neçə vaxtdır, ondan nə soraq var, nə səs
Demişdi, gələrəm, görən, nə oldu bəs?
[Nəqərat]
Gəlmədi o, gəlmədi o
Mənim nələr çəkdiyimi bilmədi o
Gəlmədi o, gəlmədi o
Mənim nələr çəkdiyimi bilmədi o
Gəlmədi o, gəlmədi o
Mənim nələr çəkdiyimi bilmədi o
Gəlmədi o, gəlmədi o
Nələr çəkdiyimi bilmədi o