Sən Ki Belə Deyildin (2002) lyrics
by Ədalət Şükürov
[Giriş]
Sən ki belə deyildin
Sevgilim deyirdin
Hər görəndə
[Bənd 1]
Can verirdi hər baxışın canıma
Adın, özün hey axırdı qanıma
Uşaq kimi sən qaçardın yanıma
O günlərin xatirəsi bəsimdir
Haradan girdi aramıza qoca həsrət?
Niyə belə dəyişmişsən bəs indi?
[Nəqərat]
Sən ki belə deyildin
Sevgilim deyirdin
“Sevirəm”, - deyirdin
Hər görəndə
Sən ki belə deyildin
Ürəyim deyirdin
Həyatım deyirdin
Hər görəndə
[Bənd 2]
Uzaqlaşdın mən yazıqdan bir axşam
Sənsiz tənha, sənsiz yalqız qalmışam
İkiəlli ətəyindən tutmuşam
İstəyirsən, ətəyini kəs indi
Hərdən məni yada salıb xəyal kimi
Öz-özündən inci indi, küs indi
[Nəqərat]
Sən ki belə deyildin
Sevgilim deyirdin
“Sevirəm”, - deyirdin
Hər görəndə
Sən ki belə deyildin
Ürəyim deyirdin
Həyatım deyirdin
Hər görəndə
[Bənd 3]
Artıq mənsiz qalmısan sən, əzizim
Solub gözəl üzün, solub bənizin
Sən olmuşsan ayrılığın kərizi
Öz cəzandı, öz günahın, döz indi
Mənsiz keçən hər gününü yelə vermə
Bir-birinin ardı ilə düz indi
[Nəqərat]
Sən ki..
Sən ki belə deyildin
Sevgilim deyirdin
“Sevirəm”, - deyirdin
Hər görəndə
Sən ki belə deyildin
Sevgilim deyirdin
“Sevirəm”, - deyirdin
Hər görəndə
Sən ki belə deyildin
Ürəyim deyirdin
Həyatım deyirdin
Hər görəndə
Sən ki belə deyildin
Sən ki belə deyildin