Dedin Yox lyrics
by Ədalət Şükürov
[Bənd 1]
Bir gün məhəbbət haqqında danışdım sənə
Sən məni başa düşmədin, duymadın yenə
Dedin: “Yox”
Mən dedim: “Günəş sarıdır”, sən dedin: “Qara”
Mən dedim: “Qışda gəzərkən iz düşür qara”
Dedin: “Yox”
[Nəqərat]
Dedim: “Mən səni tək qalmağa qoymayacağam
Səni tərk edib başqasıyla olmayacağam”
Dedin: “Yox”, dedin: “Yox”, dedin: “Yox”
Dedin: “Yox”, dedin: “Yox”, dedin: “Yox”
Dedin: “Yox”
[Bənd 2]
Mən dedim: “Fəsil dəyişir keçəndə aylar”
Dedim: “Bir il içində on iki ay var”
Dedin: “Yox”
Mən dedim: “Yumsan gözünü, düşər qaranlıq
Yum gözünü, məni düşün, düşün bir anlıq”
Dedin: “Yox”
[Nəqərat]
Niyə bəs açıq söyləmədin istəyini sən?
Sevsəm də səni, indi məcburam, gedəcəyəm
Dedin: “Yox”, dedin: “Yox”, dedin: “Yox”
Dedin: “Yox”, dedin: “Yox”, dedin: “Yox”
Dedin: “Yox”
[Bənd 3]
Mən dedim: “Bu davranışdır könlümü üzən
Gəlmişəm daha qərara, getməliyəm mən”
Dedin: “Yox”
Mən dedim: “Quşlar uçarkən qanad açarlar”
Mən dedim: “Ulduzlar göydə işıq saçırlar”
Dedin: “Yox”
[Nəqərat]
Dedim: “Mən səni tək qalmağa qoymayacağam
Səni tərk edib başqasıyla olmayacağam”
Dedin: “Yox”, dedin: “Yox”, dedin: “Yox”
Dedin: “Yox”, dedin: “Yox”, dedin: “Yox”
[Çıxış]
Bilirəm, səni sevəcəklər məndən sonra
Amma bilirsən, sıradan biriləri kimi sevəcəklər
Görüşmək, şam yeməyi, bir dəstə gül və.s
Amma mənim kimi paltarını necə geyinməyini
Ayaqqabılarını təmizləməyini
Şalvarının ütülənməyinə həssas yanaşmağını
Eyvanda oturub siqaret çəkə-çəkə
Gözlərinin yol çəkməyini
Səni yalandan qısqanmıram deməyini
Saçlarını daramağını, qalstukunu boynuna sıxmağını
Hətta əsəbiləşib qapını çırpıb getməyinə kimi
Mənimtək səni sevən olmayacaq
Bax buna əminəm
Odur ki, çox rahatam
Deyirəm: “Yox!”