Unutdu Dünya Kimləri lyrics

by

Ədalət Şükürov



[Giriş]
Kimləri, kimləri, unutdu dünya kimləri?
Nə qalır hər itən addan?
Nələri, nələri unutdu dünya nələri?
Gör nələr çıxıbdır yaddan!

[Bənd 1]
Kimləri, kimləri, unutdu dünya kimləri?
Küsüb getdi bu həyatdan
Nələri, nələri unutdu dünya nələri?
Yada düşmür heç bircə an

[Keçid]
Nələr olub bu həyatda?
Bu gün varsan, sabah yoxsan
Nələr çıxıb yaddan hətta
Yadda qalmaq deyil asan

[Nəqərat]
Sən döyün, ürəyim, sən döyün
Unutma sən bir tarix yazan insanı
Sən döyün, ürəyim, sən döyün, ürəyim
Tək unutma ötən hər anı

[Bənd 2]
Ürəyim, ürəyim, döyün, dayanma, ürəyim
Dayanmağa haqqın yoxdur
Ürəyim, ürəyim, nələr çəkirsən, ürəyim?
Əzabın sevincdən çoxdur
[Keçid]
Nələr gördün bu həyatda?
Nələr keçdi, keçdi nələr?
Yavaş-yavaş çıxır yaddan
Acı, şirin xatirələr

[Nəqərat]
Sən döyün, ürəyim, sən döyün
Unutma sən bir tarix yazan insanı
Sən döyün, ürəyim, sən döyün, ürəyim
Tək unutma ötən hər anı

[Muğam]
Ürəyim, nələr ay, çəkirsən, ürəyim
Kimləri, unutdu dünya kimləri?
Nələri, unutdu dünya nələri?
Küsüb getdi, ay balam, bu həyatdan
Aman, aman, ay aman ey!

[Keçid]
Nələr gördün bu həyatda?
Nələr keçdi, keçdi nələr?
Yavaş-yavaş çıxır yaddan
Acı, şirin xatirələr

[Çıxış]
Kimləri, kimləri, unutdu dünya kimləri?
Nə qalır hər itən addan?
Nələri, nələri, unutdu dünya nələri?
Gör nələr çıxıbdır yaddan!
Kimləri, kimləri, unutdu dünya kimləri?
Nə qalır hər itən addan?
Nələri, nələri, unutdu dünya nələri?
Yada düşmür heç bircə an
A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z #
Copyright © 2012 - 2021 BeeLyrics.Net