Tək Qalanda lyrics
by Ədalət Şükürov
[Bənd 1]
Gözlərimin qarasıydı
Ürəyimin parasıydı
Mən tək qalanda
Heç demədin: “Hara getdin?”
Heç demədin: “Kimə qaldın?”
Mən tək qalanda
[Nəqərat]
Gözəlliyə uyan çoxdur
Ürəyə qulaq asan yoxdur
Aman, acı şərab dostum oldu!
Sərxoş yolu gedən oldum
Mən tək qalanda
Vallah, yanıram, a dostlar
Yanıram
Mən tək qalanda
[Bənd 2]
Qızımız balacaydı
Bir yaşı tamam oldu
Biz tək qalanda
Gecəyarısı gedən oldun
Sənsiz bizə çətin oldu
Biz tək qalanda
[Nəqərat]
Balaca ürək döyünürdü
Bağrıma basıb söyünürdüm, aman
Dedim, evim talan oldu
Xoş xəbərə həsrət oldum
Mən tək qalanda
Vallah, yanıram, a dağlar
Yanıram
Mən tək qalanda
[Bənd 3]
İllər ötüb keçən oldu
Qızımızın toyu oldu
Sən tək qalanda
Məclis deyib gülən oldu
Dost-tanışdan uzaq oldun
Sən tək qalanda
[Nəqərat]
Gözlərimin qarasıydı
Ürəyimin parasıydın
Mənə yaman baxan oldun
Birdən durub gedən oldun
Sən tək qalanda
Vallah, yanırsan
Bilirəm, yanırsan
Sən tək qalanda
Tövbə, yanırsan
Yanırsan
Sən tək qalanda