Kimsən Sən lyrics

by

Oqtay Ağayev


[Giriş]
Dənizdən, səmadan, küləkdən soruşdum

[Bənd 1]
Dənizdən, səmadan, küləkdən
Gözlərdən, dillərdən, ürəkdən
Arzudan, ümiddən, diləkdən
Soruşdum hamıdan, soruşdum

[Nəqərat]
Kimsən sən? Kimsən sən?
Soruşdum: “Kimsən sən?”

[Bənd 2]
Qayanın quşqonmaz yerindən
Dünyanın açılmaz sirrindən
Küçədən ötənin birindən
Soruşdum bu axşam, soruşdum

[Nəqərat]
Kimsən sən? Kimsən sən?
Soruşdum: “Kimsən sən?”

[Bənd 3]
Yerini tapmışam izindən
Qəlbini görmüşəm gözündən
Adını öyrəndim özündən
Bəs niyə soruşdum hamıdan?
[Nəqərat]
Kimsən sən? Kimsən sən?
Soruşdum: “Kimsən sən?”

[Çıxış]
Dənizdən, səmadan
Soruşdum: “Kimsən sən?”
A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z #
Copyright © 2012 - 2021 BeeLyrics.Net