Buludlar lyrics
by Oqtay Ağayev
[Bənd 1]
Nə sərhəd bilirsiniz
Nə qış, nə yay, buludlar
Uçursunuz hər yerə
Uzaq kəndə, şəhərə
Neyçün qalmayırsınız
Bir görkəmdə, bir üzdə?
Sədalarımız pozulur
Dönüb tanınmaz olur
Dağda, dərədə, düzdə
[Nəqərat]
Nə sərhəd bilirsiniz
Nə qış, nə yay, ay buludlar
Buludlar, ay buludlar
Alay-alay buludlar
Nə sərhəd bilirsiniz
Nə qış, nə yay, ay buludlar
Buludlar, ay buludlar
Halay-halay buludlar
[Bənd 2]
Qayıdın bir mənzilə
Ey buludlar, çünki siz
Məqsədsiz gedirsiniz
Daim belədən-belə
Mən sizintək qanadlı
Səyyar olmaq istərəm
Lakin hər vaxt sözümdə
Sabit qalmaq istərəm
Halay-halay buludlar
[Nəqərat]
Nə sərhəd bilirsiniz
Nə qış, nə yay, ay buludlar
Buludlar, ay buludlar
Alay-alay buludlar
Nə sərhəd bilirsiniz
Nə qış, nə yay, ay buludlar
Buludlar, ay buludlar
Halay-halay buludlar
[Bənd 3]
Mən sizin tək qanadlı
Səyyar olmaq istərəm
Lakin hər vaxt sözümdə
Sabit qalmaq istərəm
Halay-halay buludlar
Sabit qalmaq istərəm
Halay-halay buludlar