Bahar lyrics

by

Oqtay Ağayev


[Bənd 1]
Baharın qızılı tellərindən
Qəlbimə, eşqimə nur ələnir
Dağlara, düzlərə əllərindən
Lalələr, nərgizlər səpələnir

[Nəqərat]
Gəl günəş çətirli
Gül-çiçək ətirli
Ömrümün zinəti
İlk baharım

Gəl günəş çətirli
Gül-çiçək ətirli
Ömrümün zinəti
İlk baharım

[Bənd 2]
Bulaqlar çağlayır ürək kimi
Təbiət sevinir, gözündə yaş
Deyirəm, insan da çiçək kimi
Hər bahar yenidən doğula kaş

[Nəqərat]
Gəl günəş çətirli
Gül-çiçək ətirli
Ömrümün zinəti
İlk baharım
Gəl günəş çətirli
Gül-çiçək ətirli
Ömrümün zinəti
İlk baharım

[Bənd 3]
Bülbüllər oxuyur budaqlarda
Lalələr, nərgizlər qoy var olsun
Nəğmələr çağlayır dodaqlarda
Həmişə, hər yerdə bahar olsun

[Nəqərat]
Gəl günəş çətirli
Gül-çiçək ətirli
Ömrümün zinəti
İlk baharım

Gəl günəş çətirli
Gül-çiçək ətirli
Ömrümün zinəti
İlk baharım

Gəl günəş çətirli
Gül-çiçək ətirli
Ömrümün zinəti
İlk baharım
İlk baharım
İlk baharım
A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z #
Copyright © 2012 - 2021 BeeLyrics.Net