Alagözlüm (Neyləyim) lyrics

by

Akif İslamzadə


[Giriş]
Alagözlüm, səndən ayrı gecələr
Bir il kimi uzun olur, neyləyim?
Bağçamızda qızıl güllər hər səhər
Tezdən açır, vaxtsızsolur, neyləyim?

Bağçamızda qızılgüllər hər səhər
Tezdən açır, vaxtsız solur, neyləyim?

[Bənd 1]
Nərgizlərin gözü yaşla dolanda
Bənövşələr baxıb qəmgin olanda
Qərənfilin gözü yolda qalanda
Yasəmənlər saçın yolur, neyləyim?

Qərənfilin gözü yolda qalanda
Yasəmənlər saçın yolur, neyləyim?

[Nəqərat]
Çiçəklərin çəkir gözü intizar
Ayrılıqdan betər dünyada nə var?
Çiçəklərin çəkir gözü intizar
Ayrılıqdan betər dünyada nə var?

Yaz axşamı səni bil ki, bu Nigar
Həzin-həzin yada salır, neyləyim?
Yaz axşamı səni bil ki, bu Nigar
Həzin-həzin yada salır, neyləyim?
[Bənd 2]
Tez gələsən, bəlkə əlac verəsən
Sünbüllərin saçın yığıb hörəsən
Çiçəkləri gəlib özün dərəsən
Yolda qalıb baxışları, neyləyim?

Çiçəkləri gəlib özün dərəsən
Yolda qalıb baxışları, neyləyim?

[Nəqərat]
Çiçəklərin çəkir gözü intizar
Ayrılıqdan betər dünyada nə var?
Çiçəklərin çəkir gözü intizar
Ayrılıqdan betər dünyada nə var?...

Yaz axşamı səni bil ki, bu Nigar
Həzin-həzin yada salır, neyləyim?
Yaz axşamı səni bil ki, bu Nigar
Həzin-həzin yada salır, neyləyim?
Həzin-həzin yada salır, neyləyim?

[Çıxış]
Alagözlüm, səndən ayrı gecələr…
A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z #
Copyright © 2012 - 2021 BeeLyrics.Net