Özünə Qurbanam lyrics

by

Akif İslamzadə


[Bənd 1]
Demişdin: “Yaz gəlsin”, yaz gəldi, ay qız
Söyüdlər sulara kölgə saldı
Çiçəklər açıldı, göyərdi yarpız
Verdiyin vədələr harada qaldı?

[Nəqarət]
Özünə qurbanam
Sözünə qurbanam
Gözünə qurbanam, yar…

Özünə qurbanam
Sözünə qurbanam
Gözünə qurbanam, yar!

[Bənd 2]
Yaz qurtarır artıq, dinmirsən nədən?
Axı söz vermişdin, əhdimiz var
Dözə bilməyirəm, darıxıram mən
Sevindir qəlbimi, ey gözəl yar

[Nəqarət]
Özünə qurbanam
Sözünə qurbanam
Gözünə qurbanam, yar…
Özünə qurbanam
Sözünə qurbanam
Gözünə qurbanam, yar!

[Bənd 3]
Verdiyin vədəyə əməl et, barı
Birləşsin arzumuz, ürəyimiz
Payızda eyləyək toyumuzu biz
Hiss et qəlbimdəki duyğuları

[Nəqarət]
Özünə qurbanam
Sözünə qurbanam
Gözünə qurbanam, yar…

Özünə qurbanam
Sözünə qurbanam
Gözünə qurbanam, yar!
A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z #
Copyright © 2012 - 2021 BeeLyrics.Net