Bəxtimin Ulduzu lyrics

by

Akif İslamzadə


[Bənd 1]
Bir çiçəksən, ətrindən lalələr xumar-xumar
Bir gözəlsən, gözündə sehrlər, cadular var
Bir təbibsən, istəsən, xəstələr şəfa tapar
Bu səadət, görəsən, kimə qismət olacaq, olacaq?

[Nəqərat]
Sevirəm, sevirəm
Sevirəm, yar
Sevirəm, sevirəm
Sevirəm, yar

[Bənd 2]
Bir bulaqsan, mahnına heyrandır dağlar sənin
Bir çaysan ki, səsindən dirilər bağlar sənin
Bir bülbülsən, dərdindən solar bu dağlar sənin
Bu gözəllik, bilmirəm, axır kimə qalacaq, qalacaq?

[Nəqərat]
Heyranam, heyranam
Heyranam, sənə
Heyranam, heyranam
Heyranam, sənə

[Bənd 3]
Bir mələksən, pak, təmiz, həm də şirin, füsunkar
Bir afətsən, əsirin olan, çətin, qurtarar
Canım əmanətindir, nə gecikmə, gəl apar
Baxtımın ulduzusan bu dünyada sən ancaq, sən ancaq
[Nəqərat]
Sevirəm, sevirəm
Sevirəm səni
Sevirəm, sevirəm
Sevirəm, səni

Heyranam, heyranam
Heyranam, gözəl
Sevirəm, sevirəm
Sevirəm, yar
Sevirəm, yar
Sevirəm, yar...
A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z #
Copyright © 2012 - 2021 BeeLyrics.Net