Köndələn Bakı lyrics

by

Zaur Əmiraslanov



[Bənd 1]
Xəzərimin sinəsi gah zil, gah da bəm olur
Yarpaqları, gülləri niyə hərdən nəm olur?
Səndən ayrı düşəndə sinəm dolu qəm olur
Səndən ayrı düşəndə sinəm dolu qəm olur

[Nəqərat]
Qucağında Xəzərin yatıb, dincələn Bakı
Qarı, çiskin yağışı, əyri-köndələn Bakı...
Qucağında Xəzərin yatıb, dincələn Bakı
Qarı, çiskin yağışı, əyri-köndələn Bakı

[Bənd 2]
Hələ neçə küçədə güllər dəstələnməyib
Hələ neçə mahnının xalı bəstələnməyib
Yüz il ömür sürəydim, bir gün xəstələnməyib
Yüz il ömür sürəydim, bir gün xəstələnməyib

[Nəqərat]
Yazaydım, yaradaydım şux nəğməni mən, Bakı
Oxuyaydım hər yanda onu ürəkdən, Bakı
Yazaydım, yaradaydım şux nəğməni mən, Bakı
Oxuyaydım hər yanda onu ürəkdən, Bakı
Onu ürəkdən, Bakı...
Onu ürəkdən, Bakı...
A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z #
Copyright © 2012 - 2021 BeeLyrics.Net