Qurban Olaram lyrics
by Elmira Rəhimova
[Bənd 1]
Yenə də gözlərin gözümdə qalıb
Gördüyün mənaya qurban olaram
Əgər həqiqətsən, mən həqiqətə
Röyasan, röyaya qurban olaram
Əgər həqiqətsən, mən həqiqətə
Röyasan, röyaya qurban olaram
[Keçid]
Çatsın hər muradın başa dünyada
Bir arzun dəyməsin daşa dünyada
Bu dünya gözəldir, bu dünya gözəldir
Yaşa dünyada, yaşa dünyada
[Nəqərat]
Sən olan dünyaya qurban olaram
Sən olan dünyaya qurban olaram
Sən olan dünyaya qurban olaram
Sən olan dünyaya qurban olaram
[Bənd 2]
Söhbətin şirindir, gülüşün xəzəl
Saldın ürəyimi eşqə, həvəsə
Sən ayaq basdığın o yola, izə
Çəmənə, səhraya qurban olaram
Sən ayaq basdığın o yola, izə
Çəmənə, səhraya qurban olaram
[Keçid]
Çatsın hər muradın başa dünyada
Bir arzun dəyməsin daşa dünyada
Bu dünya gözəldir, bu dünya gözəldir
Yaşa dünyada, yaşa dünyada
[Nəqərat]
Sən olan dünyaya qurban olaram
Sən olan dünyaya qurban olaram
Sən olan dünyaya qurban olaram
Sən olan dünyaya qurban olaram
[Muğam]
Hər qəlbə əzizdir yazın laləsi
Dağılsın dünyanın qəmi, naləsi
Gülüşün...
Gülüşün ətirli dağ şəlaləsi
O səsə, haraya qurban olaram
Ay can, yar, ey...
[Nəqərat]
Sən olan dünyaya qurban olaram
Sən olan dünyaya qurban olaram
Sən olan dünyaya qurban olaram
Sən olan dünyaya qurban olaram
Çəmənə, səhraya qurban olaram
Çəmənə, səhraya qurban olaram