Bakı lyrics
by Elmira Rəhimova
[Bənd 1]
Dilimizin əzbərisən
Ay elimin-obamın yaraşığı
Babaların yadigarı
Gözlərimin işığı
Dilimizin əzbərisən
Ay elimin-obamın yaraşığı
Babaların yadigarı
Gözlərimin işığı
Neçə-neçə gün dolanıb
Ay dolanıb, illər ötüb
Şərəfini dastan edib
Nəğmə kimi ellər ötüb Bakımız
[Nəqərat]
Balanam, dolannam başına mən...
Küləyin gur səsimiz
Qucağın doğma, təmiz
Sən mənimsən
Bakı, mənim məskənimsən
Bakı, mənim məskənimsən
[Bənd 2]
Bulud ötər, göy açılar
Dalğalara c*mar ağ qağayılar
Gilavarı meh gətirər
Sərin olar havalar
Bulud ötər, göy açılar
Dalğalara c*mar ağ qağayılar
Gilavarı meh gətirər
Sərin olar havalar
Küçələri bərli-bəzək
Hey yaşıl, əlvan şəhərim
Gecələri nəğməli min
Səsli çıraqban şəhərim Bakımız!
[Nəqərat]
Balanam, dolannam başına mən...
Küləyin gur səsimiz
Qucağın doğma, təmiz
Sən mənimsən
Bakı, mənim məskənimsən
Bakı, mənim məskənimsən
[Bənd 3]
Buruqların yan-yanadır
Ay elin, dövlətin, şöhrəti, şanı
Adın ilə fəxr eləyir
Azərbaycanım
Buruqların yan-yanadır
Ay elin, dövlətin, şöhrəti, şanı
Adın ilə fəxr eləyir
Azərbaycanım
Öpə-öpə sahilini
Göy Xəzərin dalğaları
Ucalır Qız Qalası
Tarixinin yadigarı Bakımız
[Nəqərat]
Balanam, dolannam başına mən...
Küləyin gur səsimiz
Qucağın doğma, təmiz
Sən mənimsən
Bakı, mənim məskənimsən
Bakı, mənim məskənimsən