Gül, Gözəlim, Gül lyrics

by

Elmira Rəhimova


[Bənd 1]
Ay dərdim-dərmanım
Gül, getsin dumanım
Baxışın şəfəqə bənzəsin
Yer açıq, göy açıq
Aləmi seyrə çıx
Gəlişin cahanı bəzəsin

Ay dərdim-dərmanım
Gül, getsin dumanım
Baxışın şəfəqə bənzəsin
Yer açıq, göy açıq
Aləmi seyrə çıx
Gəlişin cahanı bəzəsin

[Nəqərat]
Gülüşün Günəşə yar sənin
Əbədi baharın var sənin, ah
Sən gül, ilhama gəlim, gül
Gül, gül, gözəlim, gül

Sən gül, ilhama gəlim, gül
Gül, gül, gözəlim, gül

[Bənd 2]
Xəyalın qarşımda
Vüsalın başımda
Ürəyim səsini əks edər
Gəl, səni səslərəm
Gəl, səni istərəm
Üzümə gülümsə bir səhər
Xəyalın qarşımda
Vüsalın başımda
Ürəyim səsini əks edər
Gəl, səni səslərəm
Gəl, səni istərəm
Üzümə gülümsə bir səhər

[Nəqərat]
Gülüşün Günəşə yar sənin
Əbədi baharın var sənin, ah
Sən gül, ilhama gəlim, gül
Gül, gül, gözəlim, gül

Sən gül, ilhama gəlim, gül
Gül, gül, gözəlim, gül

[Bənd 3]
Gül, könül evindir
Gəl, məni sevindir
Bəxtimin ulduzu sönməsin
Gətirsin əllərin
Ətrini güllərin
Ümidim xəzələ dönməsin

Gül, könül evindir
Gəl, məni sevindir
Bəxtimin ulduzu sönməsin
Gətirsin əllərin
Ətrini güllərin
Ümidim xəzələ dönməsin
[Nəqərat]
Gülüşün Günəşə yar sənin
Əbədi baharın var sənin, ah
Sən gül, ilhama gəlim, gül
Gül, gül, gözəlim, gül

Sən gül, ilhama gəlim, gül
Gül, gül, gözəlim, gül
Sən gül, ilhama gəlim, gül
Gül, gül, gözəlim, gül
Sən gül, ilhama gəlim, gül
Gül, gül, gözəlim, gül
A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z #
Copyright © 2012 - 2021 BeeLyrics.Net