Bahar Bayramı lyrics
by Elmira Rəhimova
[Bənd 1]
Gör nə xoş gün gəlir
Gör nə xoş ay gəlir
Tonqallar qalanır
Evlərə pay gəlir
Çərəzlər, şirnilər
Bəzəyir süfrəni
Boylanır nimçədən
Yamyaşıl səməni
[Nəqərat]
Gəl, ay bahar bayramım
Yaz bayramım, gəl, gəl
Gəl, ay bahar bayramım
Öz bayramım, gəl, gəl
Sən baharım mənim
Arzularım mənim
Yolunu gözlərəm
Baharım, gəl
[Bənd 2]
Bu bayram axşamı
Evlərdə şam yanır
Qırmızı-çəhrayı
Şəfəqə boyanır
Geyinir, bəzənir
Cavanlar, gəlinlər
O evdən bu evə
Hey qonaq gəlirlər
[Nəqərat]
Sən gəl, bahar bayramım
Öz bayramım, gəl, gəl
Gəl, ay bahar bayramım
Yaz bayramım, gəl, gəl
Gəl, ay bahar bayramım
Yaz bayramım, gəl, gəl
Gəl, ay bahar bayramım
Öz bayramım, gəl, gəl
Sən baharım mənim
Arzularım mənim
Yolunu gözlərəm
Baharım, gəl
Sən gəl, bahar bayramım
Öz bayramım, gəl, gəl
Gəl, ay bahar bayramım
Yaz bayramım, gəl, gəl
Gəl, ay bahar bayramım
Yaz bayramım, gəl, gəl
Sən gəl, bahar bayramım
Öz bayramım, gəl, gəl
Sən baharım mənim
Arzularım mənim
Yolunu gözlərəm
Baharım, gəl
[Çıxış]
Baharım, gəl
Baharım, gəl