“Çiçəklənən Abşeron” Filmindən Mahnı lyrics

by

Elmira Rəhimova


[Bənd 1]
Alar səni qoynuna mehriban Xəzər
İnci taxar boynuna narın ləpələr
Bağların çətir təki çiçək-çiçəkdir
Buruqlar sinəndəki yanar ürəkdir

[Nəqərat]
Abşeron, ay Abşeron
Ömür baharım
Abşeron, ay Abşeron
Odlar diyarım

Abşeron, ay Abşeron
Ömür baharım
Abşeron, ay Abşeron
Odlar diyarım

[Bənd 2]
İşıq olub saçılan həyat kimisən
Sən dənizə açılan qanad kimisən
Sevir səni oğul, qız, məğrurdur səsin
Bizim doğma Bakımız baş tacın sənin

[Nəqərat]
Abşeron, ay Abşeron
Ömür baharım
Abşeron, ay Abşeron
Odlar diyarım
Abşeron, ay Abşeron
Ömür baharım
Abşeron, ay Abşeron
Odlar diyarım
Odlar diyarım…
A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z #
Copyright © 2012 - 2021 BeeLyrics.Net