Qoy Hamı Bilsin lyrics
by Elmira Rəhimova
[Bənd 1]
Sevgidən, qayğıdan doymur heç zaman
Həmişə hər yerdə ülfət gəzir göz
O qədər zərifdir, incədir insan
Toxunur qəlbinə güldən ağır söz
[Nəqərat]
Gəlin bu dünyada qol-qola gəzək
Çiçəktək ulduzlar yerə səpilsin
Gəlin bu dünyada qol-qola gəzək
Çiçəktək ulduzlar yerə səpilsin
Şeirdən, nəğmədən doymasın ürək
Bizim bu ülfəti qoy hamı bilsin
Şeirdən, nəğmədən doymasın ürək
Bizim bu ülfəti qoy hamı bilsin
[Bənd 2]
Sevgiylə daş üstə çiçək də bitir
Bu lətif söhbəti, sözü zamanın
Nəğməli-düyünlü bu günlər ötür
Xətrinə dəyməsin insan insanın
[Nəqərat]
Gəlin bu dünyada qol-qola gəzək
Çiçəktək ulduzlar yerə səpilsin
Gəlin bu dünyada qol-qola gəzək
Çiçəktək ulduzlar yerə səpilsin
Şeirdən, nəğmədən doymasın ürək
Bizim bu ülfəti qoy hamı bilsin
Şeirdən, nəğmədən doymasın ürək
Bizim bu ülfəti qoy hamı bilsin
Bizim bu ülfəti qoy hamı bilsin