Gəncəm lyrics
by Elmira Rəhimova
[Bənd 1]
Bağlarında salxım-salxım təbrizi
Buz kimidir Dördyolunun kəhrizi
Göygölünün havasını udanlar
Ömrü boyu yaxın qoymaz pəhrizi
Göygölünün havasını udanlar
Ömrü boyu yaxın qoymaz pəhrizi
[Nəqərat]
Gəncəm, a Gəncəm
Gəncəm, a Gəncəm
Gəncəm, a Gəncəm
Gəncəm, a Gəncəm
[Bənd 2]
Gecə-gündüz canlı qəlbin döyünür
Ellər bu gün zəfərinlə öyünür
Neçə qurban bahasına qazandın
Şöhrətindən xəbər verən bu günü
Neçə qurban bahasına qazandın
Şöhrətindən xəbər verən bu günü
[Nəqərat]
Gəncəm, a Gəncəm
Gəncəm, a Gəncəm
Gəncəm, a Gəncəm
Gəncəm, a Gəncəm
[Bənd 3]
Tarixdə var adın, Gəncəm, a Gəncəm
Azad eldə sən boy atdın, a Gəncəm
Tarixdə var adın, Gəncəm, a Gəncəm
Azad eldə sən boy atdın, a Gəncəm
Qarşısında əyməmisən başını
Tarix boyu heç bir yadın, a Gəncəm
Qarşısında əyməmisən başını
Tarix boyu heç bir yadın, a Gəncəm
[Nəqərat]
Gəncəm, a Gəncəm
Gəncəm, a Gəncəm
Gəncəm, a Gəncəm
Gəncəm, a Gəncəm
[Bənd 4]
Sorağın var yüz ölkədə, yüz eldə
Məhəbbətin neçə-neçə könüldə
Dil yorulmaz tərifini deməkdən
Bundan sonra ömür eyləsən yüz il də
Dil yorulmaz tərifini deməkdən
Bundan sonra ömür eyləsən yüz il də
[Nəqərat]
Gəncəm, a Gəncəm
Gəncəm, a Gəncəm
Gəncəm, a Gəncəm
Gəncəm, a Gəncəm
Gəncəm, a Gəncəm
Gəncəm, a Gəncəm
Gəncəm, a Gəncəm
Gəncəm, a Gəncəm
[Çıxış]
Gəncəm, a Gəncəm
Gəncəm, a Gəncəm