Qara Gözlərin lyrics
by Elmira Rəhimova
[Bənd 1]
Nə gözəl süzülür qara gözlərin
Əcaba, onları süzmək vaxtımı?
Duruşun mənalı, baxışın dərin
Mən bu dərinlikdə buldum baxtımı
[Nəqərat]
Sənin qara gözlərin
Şirin-şirin sözlərin
Sənin qara gözlərin
Şirin-şirin sözlərin
[Bənd 2]
Sənin gözlərinmi gənclik bağında
Yoxsa nərgizlərin sayrışıb oynar?
Yoxsa çıxılmayan eşqin dağında
Ömrümün dirilik çeşməsi qaynar?
[Nəqərat]
Sənin qara gözlərin
Şirin-şirin sözlərin
Sənin qara gözlərin
Şirin-şirin sözlərin
[Keçid]
Qoy desin dünyanın el aşıqları
Qoy desin dünyanın el aşıqları
Bu şövqü kim mənim ruhuma yaydı?
Donardım, donardım, gözünün şən işıqları
Qəlbimin camında qırılmasaydı, ay aman..
[Bənd 3]
O qara gözlərin deyil parlayan
Ulduzlar içində gecələrimdir
Bəlkə də, ruhuma aydınlıq yayan
Bir sərin, ziyalı, yaz səhərimdir
[Nəqərat]
Sənin qara gözlərin
Şirin-şirin sözlərin
Sənin qara gözlərin
Şirin-şirin sözlərin
Sənin qara gözlərin
Şirin-şirin sözlərin
Sənin qara gözlərin
Şirin-şirin sözlərin