Şəhla Gözlər lyrics
by Elmira Rəhimova
[Bənd 1]
Ey könül oxşayan sevimli dilbər
Lalədən gözəlsən, nərgizdən incə
Ey könül oxşayan sevimli dilbər
Lalədən gözəlsən, nərgizdən incə
[Keçid]
Hüsnün təravətli bir şeirə bənzər
Sənsən, yar, gözəlim
[Nəqərat]
Gözəllərin gözəli məncə
Gözəllərin gözəli sənsən
Gözəllərin gözəli məncə
Gözəllərin gözəli sənsən
[Bənd 2]
Şəhla gözlərinin kirpiklərindən
Qəlbim yaralandı min bir yerindən
Şəhla gözlərinin kirpiklərindən
Qəlbim yaralandı min bir yerindən
[Keçid]
Gözəllər daşqəlbli olmasın gərək
Dərdimi duymursan
[Nəqərat]
Duymayırsan neçin dərindən?
Duymayırsan neçin dərindən?
Duymayırsan neçin dərindən?
[Bənd 3]
Eşqin vüsalından umuram dərman
Gəl, səni sevənlə dolan mehriban
Eşqin vüsalından umuram dərman
Gəl, səni sevənlə dolan mehriban
[Keçid]
Aşiqi incitmə, yetir vüsala
Nazına mən qurban
[Nəqərat]
Gözlərinə, nazına qurban
O şəhla gözlərinə qurban
Gözlərinə, nazına qurban
O şəhla gözlərinə qurban