Gözəl Elim Var lyrics
by Elmira Rəhimova
[Bənd 1]
Göy üzündə quşlar qanad çalanda
Qoca dağlar dərin fikrə dalanda
Göy üzündə quşlar qanad çalanda
Qoca dağlar dərin fikrə dalanda
Çaylar coşub haray-həşir salanda
Çaylar coşub haray-həşir salanda
Sular deyirəm bəs qaynayan qanımdır
Şah vüqarlı dağlar şöhrətim, şanımdır
Sular deyirəm bəs qaynayan qanımdır
Şah vüqarlı dağlar şöhrətim, şanımdır
[Nəqərat]
Al geyir lalələr, yaşıl çəmənlər
Bənzəyir meşələr yaşıl kəməndə
Al geyir lalələr, yaşıl çəmənlər
Bənzəyir meşələr yaşıl kəməndə
Ah, gör necə al-əlvan çəmənim, elim var
Gəlintək bəzənmiş diyarım, elim var
Gör necə al-əlvan çəmənim, elim var
Gəlintək bəzənmiş diyarım, elim var
[Keçid]
Vətənimin seyrinə çağırıram elləri
Vətənimin seyrinə çağırıram elləri
Sərvət görmək istəyən Azərbaycana gəlsin
Bəzənib başdan-başa şəhərləri, kəndləri
Cənnət görmək istəyən Azərbaycana gəlsin, ey..., aman, aman...
[Bənd 2]
Lal qayalar min sualla baxanda
Boz buludlar asimanda axanda
Lal qayalar min sualla baxanda
Boz buludlar asimanda axanda
Şehli düzlər qızıl sırğa taxanda
Şehli düzlər qızıl sırğa taxanda
Dəstə-dəstə qızlar dolanıb gəzərlər
Tellərinə əlvan çiçəklər düzərlər
Dəstə-dəstə qızlar dolanıb gəzərlər
Tellərinə əlvan çiçəklər düzərlər
[Nəqərat]
Al geyir lalələr, yaşıl çəmənlər
Bənzəyir meşələr yaşıl kəməndə
Al geyir lalələr, yaşıl çəmənlər
Bənzəyir meşələr yaşıl kəməndə
Ah, gör necə al-əlvan çəmənim, elim var
Gəlintək bəzənmiş diyarım, elim var
Gör necə al-əlvan çəmənim, elim var
Gəlintək bəzənmiş diyarım, elim var
Gör necə al-əlvan çəmənim, elim var
Gəlintək bəzənmiş diyarım, elim var
Gör necə al-əlvan çəmənim, elim var
Gəlintək bəzənmiş diyarım, elim var