Şirin Yuxular lyrics
by Elmira Rəhimova
[Bənd 1]
Məhəbbətin nə qədər
Açılmaz sirri varmış
Ürəyə yol tapantək
Onu ovsunlayarmış
[Nəqərat]
Ay sevgilim, mən sənə könül verəndən bəri
Gecələr belə aydın görürəm üfüqləri
Quş kimi qanadlanıb çiçək kimi açıram
Şirin-şirin yuxular qanadımda uçuram
[Bənd 2]
Gözlərimi yumuram
Nura dönür qaranlıq
Şirin yuxularımda səni
Görcək bir anlıq
[Nəqərat]
Ay sevgilim, mən sənə könül verəndən bəri
Gecələr belə aydın görürəm üfüqləri
Quş kimi qanadlanıb çiçək kimi açıram
Şirin-şirin yuxular qanadımda uçuram
[Bənd 3]
Arzum budur, sevgilim
Ömrümüz boyu hər an
Həyatımda sən mənim
Şirin yuxum olasan
[Nəqərat]
Ay sevgilim, mən sənə könül verəndən bəri
Gecələr belə aydın görürəm üfüqləri
Quş kimi qanadlanıb çiçək kimi açıram
Şirin-şirin yuxular qanadımda uçuram
Şirin-şirin yuxular qanadımda uçuram
Şirin-şirin yuxular qanadımda uçuram
Qanadımda uçuram...