Kərəm Kimi lyrics

by

Elmira Rəhimova


[Bənd 1]
Kərəm kimi düşdüm oda
Düşdüm oda
Bilmədi dildarım mənim
Dildarım mənim

Söz vermişəm, and içmişəm
Pozulmaz ilqarım, ilqarım mənim
Söz vermişəm, and içmişəm
Pozulmaz ilqarım, ilqarım mənim

[Bənd 2]
Ürək coşqun, könül cavan
Könül cavan
Arzularım olar xəzan
Olar xəzan

Üz çevirsə məndən canan
Pozular gülzarım, gülzarım mənim
Üz çevirsə məndən canan
Pozular gülzarım, gülzarım mənim

[Bənd 3]
Vurulmuşam göz-qaşına
Göz-qaşına
Qoy dolanım mən başına
Mən başına
Can qovuşsa sirdaşına
Olar ilk baharım, baharım mənim
Can qovuşsa sirdaşına
Olar ilk baharım, baharım mənim
A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z #
Copyright © 2012 - 2021 BeeLyrics.Net