Ay Ömrüm-Günüm lyrics

by

Rəvanə Əmiraslanlı



[Bənd 1]
Ay oğrun-oğrun baxan
Məni yandırıb yaxan
Ay oğrun-oğrun baxan
Məni yandırıb yaxan

Sən ki bəxtimə çıxan günsən
Ay ömrüm-günüm
Sən ki bəxtimə çıxan günsən
Ay ömrüm-günüm

Gördüm, vuruldum sənə
Gözəl gülüm, gülsənə
Gördüm, vuruldum sənə
Gözəl gülüm, gülsənə

Bu qədər doğma mənə
Kimsən, ay ömrüm-günüm?
Bu qədər doğma mənə
Kimsən, ay ömrüm-günüm?

[Nəqərat]
Gündüz günəş növrağım
Gecə nurlu çırağım
Gündüz günəş növrağım
Gecə nurlu çırağım
Bir tərpədib dodağın
Gülsən, ay ömrüm-günüm
Bir tərpədib dodağın
Gülsən, ay ömrüm-günüm

[Bənd 2]
Çiçəyimsən düzümdə
Nur şəfəqsən üzümdə
Çiçəyimsən düzümdə
Nur şəfəqsən üzümdə

Kövrələndə gözümdə nəmsən
Ay ömrüm-günüm
Kövrələndə gözümdə nəmsən
Ay ömrüm-günüm

Gülüstanımda gülşən
Yazda açan bənövşəm
Gülüstanımda gülşən
Yazda açan bənövşəm

Bir-bir saçıma düşən dənsən
Ay ömrüm-günüm
Bir-bir saçıma düşən dənsən
Ay ömrüm-günüm
[Nəqərat]
Cığateləm, sən deyim
Sənə necə söyləyim?
Cığateləm, sən deyim
Sənə necə sev deyim?

Dünyada tək sevdiyim sənsən
Ay ömrüm-günüm
Dünyada tək sevdiyim sənsən
Ay ömrüm-günüm

Cığateləm, sən deyim
Sənə necə söyləyim?
Cığateləm, sən deyim
Sənə necə sev deyim?

Dünyada tək sevdiyim sənsən
Ay ömrüm-günüm
Dünyada tək sevdiyim sənsən
Ay ömrüm-günüm

[Çıxış]
Bu qədər doğma mənə
Kimsən, ay ömrüm-günüm?
Bu qədər doğma mənə
Kimsən, ay ömrüm-günüm?
A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z #
Copyright © 2012 - 2021 BeeLyrics.Net