Ana lyrics

by

Yaqub Zurufçu


[Bənd 1]
Gözümün nuru, canım ana
Böyütdün sən məni yana-yana
Gözümün nuru, canım ana
Böyütdün sən məni yana-yana

Odlusan gün kimi, bir qaynar həyat kimi
Borcluyam mən sizə, sizə bir övlad kimi
Əziz anacan!

[Bənd 2]
Beşiyim üstə layla çaldın
Gecədək sübhədək qadamı aldın
Beşiyim üstə layla çaldın
Gecədək sübhədək qadamı aldın

İsti nəfəsini həmişə yaz bilmişəm
Olub ki, mən sizin qədrinizi az bilmişəm
Əziz anacan!

[Nəqərat]
Nə ki arzu, kamın var
Qəlbimdə tutmuş qərar
And olsun sana, can ana!
Qədrini el bilir, ətrini gül bilir
Saçının ağına, qarasına qurbanam
Könlünün o həzin laylasına qurbanam
Əziz ana!
Saçının ağına, qarasına qurbanam
Könlünün o həzin laylasına qurbanam
Əziz ana!
Can ana!
A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z #
Copyright © 2012 - 2021 BeeLyrics.Net