Sizə salam gətirmişəm lyrics

by

Qaya Qrupu


[Bənd 1]
Sərin sulu bulaqlardan
Yaşıl yarpaq budaqlardan
Lalə rəngli yanaqlardan
Gül süzülən dodaqlardan
Sizə salam gətirmişəm!

[Nəqərat]
Qatar-qatar durnalardan
Yaşıl başlı sonalardan
Azərbaycan diyarından
Koroğlunun Nigarından
Sizə salam gətirmişəm!

[Bənd 2]
Qoç Nəbinin Həcərindən
Səttarxanın hünərindən
Behrənginin şəhərindən
Dan ulduzlu səhərindən
Sizə salam gətirmişəm!
A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z #
Copyright © 2012 - 2021 BeeLyrics.Net