Ayrılmarıq Biz lyrics

by

Hikmət Aslanov

[Bənd 1]
Budur, yenə can yoldaşım yanıma gəldi
Mənə solmaz eşq gülləri, çiçəklər verdi
Qızılgüllər, yasəmənlər, bənövşə, nərgiz
Gəl söz verək, heç bir zaman ayrılmayaq biz

[Nəqərat]
Batsa Günəş, qopsa tufan
Tutulsa Ay, dönsə zaman
Ayrı olsa bütün cahan
Ayrılmarıq, ayrılmarıq biz

Batsa Günəş, qopsa tufan
Tutulsa Ay, dönsə zaman
Ayrı olsa bütün cahan
Ayrılmarıq, ayrılmarıq biz
Ayrılmarıq, ayrılmarıq biz

[Bənd 2]
Uzun illər hicran bizi zülmətə saldı
Ayrılıq hər ikimizin canını aldı
Şükür haqqa, sənsiz günlər geridə qaldı

A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z #
Copyright © 2012 - 2021 BeeLyrics.Net