İnanımmı lyrics
by Hikmət Aslanov
[Bənd 1]
Bir gün yenə geri dönsə
Məni sevib əzizləsə
Sənsiz dünyam heçmiş, desə
İnanımmı, inanımmı?
Bir gün yenə geri dönsə
Məni sevib əzizləsə
Sənsiz dünyam heçmiş, desə
İnanımmı, inanımmı?
[Nəqərat]
Sənsən Günüm, Ayım, desə
Sənsən çeşməm, çayım, desə
Sənsən sevgi payım, desə
İnanımmı, inanımmı?
Bu röyadan oyanımmı?
Gəlmədi yarım, danımmı?
Bu röyadan oyanımmı?
Gəlmədi yarım, danımmı?
Yalanına aldanımmı?
İnanımmı, inanımmı?
Yalanına aldanımmı?
İnanımmı, inanımmı?
[Bənd 2]
Hər nazıma dözə bilsə
Mənimlə göz-gözə gəlsə
Vədəsi boş söz deyilsə
İnanımmı, inanımmı?
Hər nazıma dözə bilsə
Mənimlə göz-gözə gəlsə
Vədəsi boş söz deyilsə
İnanımmı, inanımmı?
[Nəqərat]
Sənsən Günüm, Ayım, desə
Sənsən çeşməm, çayım, desə
Sənsən sevgi payım, desə
İnanımmı, inanımmı?
Bu röyadan oyanımmı?
Gəlmədi yarım, danımmı?
Bu röyadan oyanımmı?
Gəlmədi yarım, danımmı?
Yalanına aldanımmı?
İnanımmı, inanımmı?
Yalanına aldanımmı?
İnanımmı, inanımmı?