Nə Yazıq Bəndəyəm lyrics
by Hikmət Aslanov
[Bənd 1]
Heç kəs özüm kimi görəməz məni
Hara çəkirsiniz, hara siz məni?
Dərdə dəva deyil bu təsəllilər
Odun çəkdiyini yalnız od bilər
[Keçid]
Haradan biləsiniz, nə çəkirəm mən
Özümdən oluram, ancaq özümdən
Ondan bircə qətrə yana dönəndə
Özümə dönürəm ona dönəndə
[Nəqərat]
Nə yazıq bəndəyəm, nə yazıq bəndə
Özümdən dönürəm ondan dönəndə
O necə düşməndir, o necə düşmən
Ona qələbəmdə qəmlənirəm mən
Nə yazıq bəndəyəm, nə yazıq bəndə
Özümdən dönürəm ondan dönəndə
O necə düşməndir, o necə düşmən
Ona qələbəmdə qəmlənirəm mən
[Bənd 2]
Sevgimdən döndümsə, könlüm yetimdir
Sevgi fitrətimdir, mahiyyətimdir
Məgər mümkünmüdür özünü danmaq?
Özünə şəkk edib, yada inanmaq?
[Keçid]
Haradan biləsiniz, nə çəkirəm mən
Özümdən oluram, ancaq özümdən
Ondan bircə qətrə yana dönəndə
Özümə dönürəm ona dönəndə
[Nəqərat]
Nə yazıq bəndəyəm, nə yazıq bəndə
Özümdən dönürəm ondan dönəndə
O necə düşməndir, o necə düşmən
Ona qələbəmdə qəmlənirəm mən
Nə yazıq bəndəyəm, nə yazıq bəndə
Özümdən dönürəm ondan dönəndə
O necə düşməndir, o necə düşmən
Ona qələbəmdə qəmlənirəm mən
Nə yazıq bəndəyəm, nə yazıq bəndə
Özümdən dönürəm ondan dönəndə
O necə düşməndir, o necə düşmən
Ona qələbəmdə qəmlənirəm mən
Nə yazıq bəndəyəm, nə yazıq bəndə
Özümdən dönürəm ondan dönəndə
O necə düşməndir, o necə düşmən
Ona qələbəmdə qəmlənirəm mən
[Çıxış]
O-o-o-o-o-o-o
O-o-o-o-o-o-o
A-a-a-a-a-a-a
A-a-a-a-a-a-a